Accounting Solutions MMC dövlət və özəl tenderlərdə iştirak edən hüquqi və fiziki şəxslər üçün tender sənədlərinin qanunvericiliyin və tender tələblərinin bütün şərtlərinə uyğun şəkildə hazırlanmasını təmin edir. Xidmətimiz müştərilərin tender prosesində düzgün və rəqabətqabiliyyətli şəkildə təmsil olunmasına yönəlib.
Xidmət çərçivəsində görülən işlər:
- Tender elanlarının və şərtlərinin hüquqi və maliyyə baxımından təhlili
- Tender üçün tələb olunan sənədlərin tam siyahısının hazırlanması
- Maliyyə və texniki təkliflərin tərtib edilməsində dəstək
- Mühasibat, vergi və hüquqi sənədlərin hazırlanması və uyğunlaşdırılması
- Elektron tender platformalarında sənədlərin yüklənməsi və təqdim edilməsi
- Tender komissiyalarının sorğularının cavablandırılması
- Tender prosesi boyunca hüquqi məsləhət dəstəyi
Peşəkar yanaşmamız müştərilərin tenderdə uğur şansını artırmağa və sənədlərlə bağlı riskləri minimuma endirməyə imkan verir.