Vergi bəyannamələrinin təqdim edilməsi

10 Yanvar 2025 Accounting Solutions
Mühasibat uçotu

Accounting Solutions MMC tərəfindən təqdim olunan audit xidməti müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və mühasibat uçotu standartlarına uyğunluğunun yoxlanılmasını təmin edir. Audit prosesi maliyyə hesabatlarının dürüstlüyünün və şəffaflığının qiymətləndirilməsinə, risklərin müəyyən edilməsinə və idarəetmə qərarlarının düzgün qəbuluna dəstək olur.

Xidmət çərçivəsində görülən işlər:


  • Gəlir (mənfəət) vergisi bəyannamələrinin hazırlanması və təqdim edilməsi
  • Sadələşdirilmiş vergi bəyannamələrinin tərtibi və təqdim edilməsi
  • Əlavə dəyər vergisi (ƏDV) bəyannamələrinin hazırlanması və təqdim edilməsi
  • Torpaq və əmlak vergisi üzrə bəyannamələrin təqdim edilməsi
  • Ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi
  • Vergi orqanlarından daxil olan bildiriş və sorğuların cavablandırılması
  • Kameral qaydada hesablanmış əlavə vergi məbləğinin araşdırılması və azaldılması

Peşəkar komandamız vergi öhdəliklərinin düzgün yerinə yetirilməsini təmin etməklə, cərimə və maliyyə sanksiyaları risklərini azaltmağa kömək edir.